Bu tətbiq vasitəsilə siz semestr ortalamanızı və kəsr ödənişlərinizi asan və dəqiq şəkildə hesablaya bilərsiniz. Tətbiqin əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr öz akademik göstəricilərini — ortalama ballarını və ümumi nailiyyətlərini rahatlıqla izləyə bilirlər. Bu isə məqsədyönlü planlama aparmaq və mümkün problemlərə vaxtında müdaxilə etmək imkanı yaradır. Hazırda bu hesablama üsulu aşağıdakı universitetlərdə geniş istifadə olunur: BDU, UNEC, ADNSU, BSU, ATU, MAA, AzTU, AzMİU, LDU, GDU, NDU, NU, BMU, ADU, ADMİU və s. Sadəcə olaraq: Hər fənn üzrə topladığınız bal və kredit sayını daxil edin — sistem avtomatik olaraq ortalamanızı hesablayacaq. Kəsr ödənişi üçün isə illik təhsil haqqını və ümumi kredit sayını daxil etməyiniz kifayətdir. Sual və ya təklifiniz varsa, şərhlər bölməsində bizimlə bölüşməyi unutmayın : )